Bank Of Baku

ARDNŞ: Azərbaycanla İran arasında yeni qaz kəmərinin çəkilməsi məsələsi gündəmdə deyil

ARDNŞ: Azərbaycanla İran arasında yeni qaz kəmərinin çəkilməsi məsələsi gündəmdə deyil
# 25 fevral 2010 14:17 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan və İran arasında yeni qaz kəmərinin tikintisi məsələsi gündəmdə yoxdur. «APA-Economics»in məlumatına görə, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) sərmayələr idarəsinin rəisi Vaqif Əliyev bildirib.

V.Əliyevin sözlərinə görə, hazırda iki dövlət arasındakı mövcud qaz kəmərinin təmir-bərpası istiqamətində işlər aparılır. Burada da söhbət 60-70 km məsafədən gedir.

Qeyd edək ki, cari ilin yanvar ayının 13-də imzalanmış müqaviləyə əsasən, Azərbaycan İrana sutkada 1,2-1,3 mln. kubmetr qaz ixrac edir.

Xatırladaq ki, bir müddət əvvəl ARDNŞ-in prezidenti Rövnəq Abdullayev bildirmişdi ki, Azərbaycanın mövcud qaz kəmərləri və Astaradakı kompressor stansiyası İrana daha çox qaz nəqlinə imkan vermir. Bu il ARDNŞ Hacıqabul-Astara istiqamətində xətlərin və Astara kompressor stansiyasının yenidən qurulması və gücünün artırılmasına 100 mln. manat investisiya yatırmağı planlaşdırır. Mövcud infrastruktur yenidən qurulandan sonra cari ilin payızından Azərbaycan İrana sutkada 3-5 mln. kubmetr qaz nəql etmək imkanına malik olacaq. Müqavilə çərçivəsində ümumilikdə İrana 500 mln. kubmetr qazın satışı nəzərdə tutulub.

Azərbaycanla İran arasında qaz alqı-satqısına dair uzunmüddətli müqavilənin cari ilin yay aylarında imzalanması planlaşdırılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR