Bank Of Baku

Səfir Məhəmməd Baqir Bəhrami: «İranla Azərbaycan arasında yeni qaz kəməri tikiləcək»

Səfir Məhəmməd Baqir Bəhrami: «İranla Azərbaycan arasında yeni qaz kəməri tikiləcək»
# 25 fevral 2010 14:57 (UTC +04:00)
Bakı. Laçın Sultanova-APA. İran Azərbaycandan istənilən həcmdə təbii qaz almağa hazırdır. APA-nın məlumatına görə, bunu İranın Azərbaycandakı səfiri Məmmədb Baqir Bəhrami bildirib.

Səfir qeyd edib ki, Azərbaycanla İran arasında təbii qazın alqı-satqısı sahəsində əməkdaşlıq inkişaf edir. Tərəflər arasında imzalanmış ilkin müqaviləyə görə, Azərbaycan İrana 100 gün ərzində gündə 2 mln. kubmetr qaz ixrac etməlidir. Bunun 800 min kubmetrii Naxçıvana ötürülür, qalanı isə İranın şimalındakı yaşayış məntəqələrinin qaz təchizatına yönəldilir.

İranın Azərbaycandan ildə 5 mlrd. kubmetr qaz almaq niyyətində olduğunu qeyd edən səfirin sözlərinə görə, kəmərlərin illik ötürmə gücü 2 mlrd. kubmetr olduğundan yeni kəmərin inşası nəzərdə tutulur.

Qeyd edək ki, ARDNŞ-in sərmayələr idarəsinin rəisi Vaqif Əliyev bu gün bildirib ki, Azərbaycanla İran arasında yeni qaz kəmərinin tikintisi məsələsi gündəmdə yoxdur. Hazırda iki dövlət arasındakı mövcud qaz kəmərinin təmir-bərpası istiqamətində iş aparılır.

Xatırladaq ki, İran və Azərbaycan arasında təbii qazın alqı-satqısına dair qısamüddətli müqavilə 2010-cu ilin yanvar ayının 13-də imzalanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR