Bank Of Baku

«BP-Azerbaijan» bu il yerli mütəxəssislərin işə qəbulunu davam etdirəcək

«BP-Azerbaijan» bu il yerli mütəxəssislərin işə qəbulunu davam etdirəcək
# 26 fevral 2010 07:20 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu il ərzində «BP-Azerbaijan» şirkəti işçi heyətinin milliləşdirilməsi proqramını diqqətdə saxlamaqla texniki ixtisaslar üzrə yerli mütəxəssislərin işə qəbulu və yerli menecerlərin inkişafı səylərini davam etdirəcək.

Şirkətdən «APA-Economics»ə verilən məlumata görə, bu məqsədlə «BP-Azerbaijan» Səngəçal terminalında yerləşən texniki təlim mərkəzində və digər vasitələrlə geniş təlim proqramlarını davam etdirəcək.

Şirkətdən həmçinin bildirilib ki, 2009-cu ilin sonunda «BP-Azerbaijan»da şirkətin birbaşa işçiləri olan Azərbaycan vətəndaşlarının sayı 1 992 nəfər olub. Şirkətin ixtisaslı daimi işçilərinin 84%-ni yerli mütəxəssislər təşkil edir ki, bunların da çoxu yüksək rəhbər vəzifələrdədir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR