Bank Of Baku

Bu gün Azərbaycan paytaxtının mərkəzində qazın verilişində məhdudiyyətlər olacaq

Bu gün Azərbaycan paytaxtının mərkəzində qazın verilişində məhdudiyyətlər olacaq
# 26 fevral 2010 08:27 (UTC +04:00)
Bakı – APA-Economics. Bu gün Bakının Yasamal, Səbail və Nəsimi rayonlarının bəzi ərazilərində istehlakçıların təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

Bu barədə “APA-Economics”ə “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Məlumata görə, Səbail rayonunun Nizami küçəsində mövcud qaz kəmərində aparılan təmir-bərpa və yenidənqurma işləri ilə əlaqədar 26 fevral 2010-cu il tarixdə saat 11:00-dan paytaxtın Yasamal, Səbail və Nəsimi rayonlarının bəzi ərazilərində istehlakçıların təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

Qaz kəmərində aparılan təmir-bərpa və yenidənqurma işləri başa çatdıqdan sonra göstərilən ərazilərdə istehlakçıların təbii qaz təminatı bərpa ediləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR