Bank Of Baku

«Azərenerji» prezidenti: Yüksək gərginlikli elektrik verilişi xətlərinin altında inşa olunmuş obyektlər siyahıya alınır

«Azərenerji» prezidenti: Yüksək gərginlikli elektrik verilişi xətlərinin altında inşa olunmuş obyektlər siyahıya alınır
# 26 fevral 2010 09:13 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. «Azərenerji»ASC yüksək gərginlikli elektrik verilişi xətlərinin altında inşa olunmuş obyektlərin siyahıya alınmasını aparır. Bu barədə «APA-Economics»ə «Azərenerji» ASC-nin prezidenti Etibar Pirverdiyev məlumat verib.

«Hazırda araşdırmalar aparılır. Harada nə qədər obyektin olduğu müəyyənləşdirilir, siyahıya alınır, fotoşəkilləri çəkilir və bu obyektlərin inşası üçün torpaqların kim tərəfindən, nə üçün verilməsi araşdırılır», - deyə E.Pirverdiyev bildirib.

Artıq ilkin məlumatların əldə olunduğunu qeyd edən E.Pirverdiyev obyektlərin sayı barədə konkret rəqəm açıqlamayıb.

E.Pirverdiyev jurnalistlərə açıqlamasında bildirib ki, hazırda Bakı, Bakı ətrafı, Gəncə və Sumqayıt ətrafında bu işlər aparılır. Ən çox qanunsuz tikili isə Abşeron yarımadasındadır: “Bu qanunsuz tikililər üzündən bəzən hadisə yerinə 5-30 saat gec çatırıq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR