Bank Of Baku

Azərbaycan və Gürcüstan arasındakı 500 KV-luq elektrik verilişi xətti rekonstruksiya olunacaq

Azərbaycan və Gürcüstan arasındakı 500 KV-luq elektrik verilişi xətti rekonstruksiya olunacaq
# 26 fevral 2010 09:16 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Bu il Azərbaycan və Gürcüstan arasında olan 500 KV-luq elektrik verilişi xəttinin tikintisi və rekonstruksiyasına başlanacaq.

«APA-Economics»in xəbərinə görə, bu barədə «Azərenerji» ASC-nin prezidenti Etibar Pirverdiyev məlumat verib.

E.Pirverdiyevin sözlərinə görə, 2012-ci ilə qədər Azərbaycan tərəfi Gürcüstan enerji şəbəkəsi ilə birləşdirməni həyata keçirən 500 KV-luq xəttin tikintisini başa çatdırmağı planlaşdırır. Gürcüstan tərəfi də öz ərazisində işləri həmin müddətdə yekunlaşdıracaq. Hazırda Gürcüstan tərəfi öz ərazisində işlərin aparılması üçün tender elan edib. Tenderin nəticələri iyun ayında elan ediləcək.

Qeyd edək ki, Azərbaycan, Gürcüstan və Türkiyə arasında elektrik şəbəkələrinin birləşdirilməsini nəzərdə tutan «Enerji Körpüsü» (Power Bridge) layihəsinin reallaşdırılmasına dair memorandum 2009-cu il aprelin 5-də imzalanıb. Layihə çərçivəsində Gürcüstan, Azərbaycan və Türkiyə birlikdə yüksək gərginlikli şəbəkənin vahid regional modelini formalaşdıracaqlar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR