Bank Of Baku

Azərbaycanın yüksək gərginlikli elektrik verilişi xətlərinin dəyişdiriləcək

Azərbaycanın yüksək gərginlikli elektrik verilişi xətlərinin dəyişdiriləcək
# 26 fevral 2010 09:44 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycanda mövcud yüksək gərginlikli elektrik verilişi xətlərinin dəyişdirilməsi planlaşdırılır.

«APA-Economics»in bildirdiyinə görə, bu barədə «Azərenerji» ASC-nin prezidenti Etibar Pirverdiyev məlumat verib.

E.Pirverdiyevin sözlərinə görə, artıq bununla bağlı layihələr nəzərdən keçirilir. Eyni zamanda xarici maliyyə institutları ilə müzakirələr aparılır.

«İlk olaraq ölkə üçün həyati əhəmiyyət kəsb edən stansiyalarda, yarımstansiyalarda yüksək gərginlikli xətlərinin yeniləşdirilməsi həyata keçiriləcək. Enerji sisteminin tam yeniləşdirilməsi 100 min kilometrlərlə xəttin dəyişdirilməsi deməkdir və bu, uzun illər tələb edir», - deyə E.Pirverdiyev vurğulayıb.

«Azərenerji» prezidenti cari ildə Azərbaycanın ucqar yaşayış məntəqələrində, dağ çayları üzərində kiçik su elektrik stansiyalarının inşa olunacağını da bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR