Bank Of Baku

Bu il Sumqayıtda bütün abonentlər elektron elektrik sayğacları ilə təchiz olunacaq

Bu il Sumqayıtda bütün abonentlər elektron elektrik sayğacları ilə təchiz olunacaq
# 26 fevral 2010 09:48 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Bu il Sumqayıt şəhərində bütün abonentlərin smart-kartlı elektrik sayğacları ilə təchiz olunması nəzərdə tutulur.

«APA-Economics»in bildirdiyinə görə, bu barədə «Azərenerji» ASC-nin prezidenti Etibar Pirverdiyev məlumat verib.

E.Pirverdiyevin sözlərinə görə, hazırda «Azərenerji» ASC tərəfindən 12 rayon mərkəzində bu tip sayğacların qurulması prosesi gedir. Yeni sayğacların tətbiqi nəticəsində ödəmə səviyyəsi 95-98% təşkil edir. Eyni zamanda istehlak azalıb: «Kart tipli sayğaclar ilk olaraq Gəncədə quruldu. Hazırda orada 75 min abonentimiz var. Yığım 100%-ə çatıb, enerji istehlakında 25-30% qənaət yaranıb».

E.Pirverdiyev iri müəssisələrin və bəzi dövlət qurumlarının istehlak etdikləri enerjinin dəyərini ödəməsində əvvəlki illərdə mövcud olmuş problemlərin tədricən aradan qalxdığını da qeyd edib.

«Azərenerji» rəhbəri ötən il ölkə üzrə enerji istehlakının 10-11% azaldığını qeyd edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR