Bank Of Baku

Cənubi Qafqazın əsas sement istehsalçısı xaricdən yeni kredit cəlb edir

Cənubi Qafqazın əsas sement istehsalçısı xaricdən yeni kredit cəlb edir
# 01 mart 2010 06:58 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Asiya İnkişaf Bankı (AİB) Cənubi Qafqaz regionunun əsas sement istehsalçısı olan Azərbaycanın «Qaradağ Sement» ASC-də sementin quru üsul ilə hazırlanması üçün yeni sobanın inşası layihəsində iştirak edəcək.

AİB-in Bakı ofisindən «APA-Economics»ə verilən məlumata görə, «Qaradağ Sement»ə kreditin verilməsi üçün artıq layihənin sosial, ekoloji və iqtisadi nəticələri öyrənilib: «Asiya İnkişaf Bankı «Qaradağ Sement»ə dövlət zəmanəti olmadan vəsait ayrmığa hazırdır ki, bu, Bankın Azərbaycanda biznesin birbaşa maliyyələşdirilməsi sahəsində ən iri layihə olacaq».

İlkin məlumatlara əsasən, AİB-in yeni layihə üçün 50 mln. ABŞ dolları həcmində kredit ayıracağı gözlənilir.

Qeyd edək ki, bundan öncə «Qaradağ Sement» ASC-yə Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) tərəfindən yeni sobanın inşası üçün 120 mln. avro məbləğində kredit ayrılıb. Zavodda inşa olunacaq yeni soba nəticəsində «Qaradağ Sement» illik sement istehsalını 1,3 mln. tondan 1,7 mln. tonadək artıracaq. Yeni sobanın inşasının 2011-ci ilin II rübündə başa çatacağı gözlənilir, layihənin dəyəri isə təxminən 300 mln. avro həcmində qiymətləndirilir.

Xatırladaq ki, «Qaradağ Sement» ASC-nin əsas səhmdarları rolunda İsveçrənin «Holcim» şirkəti (76%), AYİB (10%) və Azərbaycan İnvestisiya Şirkəti (10%) çıxış edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR