Bank Of Baku

Azərbaycan Dövlət Neft Şirkətinin Tullantıların idarə olunması Mərkəzinin yenidən qurulması üzrə keçirilən tenderdə ABŞ şirkəti qalib gəlib

Azərbaycan Dövlət Neft Şirkətinin Tullantıların idarə olunması Mərkəzinin yenidən qurulması üzrə keçirilən tenderdə ABŞ şirkəti qalib gəlib
# 01 mart 2010 08:06 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) Tullantıların idarə olunması Mərkəzinin yenidən qurulması ilə əlaqədar keçirilən tenderin qalibi elan edilib. Bu barədə «APA-Economics»ə ARDNŞ-in Ekologiya İdarəsindən məlumat verilib.

Tətbiq olunan kriteriyalara uyğun gələn və qazma şlamının utilizasiya texnologiyalarının dünyanın müxtəlif ölkələrində yerinə yetirildiyini nəzərə alaraq layihənin qalibi ABŞ-ın «MI SWACO» şirkəti elan olunub.

Şirkət tətbiq olunmuş formula üzrə təyin olunmuş kriteriyalara görə texniki-iqtisadi əsaslandırmanı işləyib hazırlayacaq.

Qeyd edək ki, ABŞ-ın Ticarət və İnkişaf Agentliyi ilə ARDNŞ arasında 13 avqust 2009-cu il tarixdə imzalanmış qrant sazişinə uyğun olaraq ARDNŞ-nin Ekologiya İdarəsinin Tullantı Mərkəzinin yenidən qurulması layihəsi üzrə texniki iqtisadi əsaslandırmanın hazırlanması məqsədilə müvafiq podratçının seçilməsi üçün ARDNŞ tərəfindən tender elan edilib. Tenderdə iştirak etmək üçün ABŞ-ın 8 təşkilatından təklif gəbul olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR