Bank Of Baku

Azərbaycanın sənaye və energetika naziri Suriyaya yola düşüb

Azərbaycanın sənaye və energetika naziri Suriyaya yola düşüb
# 01 mart 2010 08:45 (UTC +04:00)
Bakı. İbad Bağırov - APA. Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev bu gün Suriyaya səfər edəcək.

APA-nın «Al-Vatan» qəzetinə istinadən verdiyi məlumata əsasən, Azərbaycan naziri suriyalı həmkarının dəvəti ilə Dəməşq şəhərində 4 günlük səfərdə olacaq. Səfər zamanı tərəflər 2009-cu ilin sentyabr ayında sənaye və enegetika sahəsində əməkdaşlığa dair imzalanmış qarşılıqlı anlaşma memorandumunun icrası yollarını müzakirə edecəklər. Həmçinin, iki dövlət arasında əməkdaşlıq perspektivlərini müzakirə olunacaq.

Bununla yanaşı, tərəflər qaz emalı, kadrların hazırlanması, elm və təhsil, habelə mübadilə sahələrində əməkdaşlıq imkanlarını ətrafında danışıqlar aparacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR