Bank Of Baku

Azərbaycan Xəzərdəki «Pirallahı» yatağında 3 yeni quyu qazıb

Azərbaycan Xəzərdəki «Pirallahı» yatağında 3 yeni quyu qazıb
# 02 mart 2010 06:56 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Xəzərin Azərbaycan sektorunda yerləşən «Pirallahı» yatağında 3 yeni quyu qazılaraq istismara daxil edilib. Bu barədə «APA-Economics»ə ARDNŞ-dan məlumat verilib.

Quyuların hər biri 750 metr dərinlikdən sutkada 4 ton neft verir. Eyni zamanda ilk dəfə olaraq, bu yataqda 2 050 metr dərinlikdə kəşfiyyat quyusunun qazılması işlərinə start verilib və hazırda həmin quyuda qazma işləri 1 677 metr dərinliyə çatdırılıb.

Qeyd edək ki, 2010-cu ildə «Pirallahı»da 14 yeni quyunun qazılması planlaşdırılır. Son 3 il ərzində bu yataqda 25 quyu qazılaraq, «Abşeronneft» NQÇİ-nin fəaliyyətdə olan quyu fonduna daxil edilib. Həmin quyuların hər birindən sutkada 4-6 ton neft hasil olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR