Bank Of Baku

Azərbaycan Suriyaya qaz ixracına başlayır

Azərbaycan Suriyaya qaz ixracına başlayır
# 02 mart 2010 08:00 (UTC +04:00)
Bu barədə «APA-Economics»ə Azərbaycan Sənaye və Energetika Nazirliyi mətbuat xidmətinin rəhbəri Azər Mənsimli məlumat verib.

A.Mənsimlinin sözlərinə görə, bu məqsədlə Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti ötən gün Suriyaya səfər edib. Nümayəndə heyətində ARDNŞ-in vitse-prezidentləri Elşad Nəsirov, Muxtar Babayev və Azərbaycan Dövlət Neft Akademiyasının rektoru Siyavuş Qarayev təmsil olunur.

«Suriya prezidentinin ötən il Bakıya səfəri zamanı Azərbaycan qazının bu ölkəyə nəqlinə dair ilkin razılıq əldə olunub. Azərbaycan nümayəndə heyəti Suriya rəsmiləri ilə görüşdə bununla bağlı detalları müzakirə edəcək», - deyə A.Mənsimli vurğulayıb.

Müzakirələrə qazın qiyməti, tranzit xərcləri və s. məsələlər daxildir.

Nazirlik sözçüsü bildirib ki, razılaşmaya əsasən, Azərbaycan cari ilin sonundan Suriyaya ildə 1 mlrd. kubmetr qaz ixrac edəcək. Artıq qazın ixracı ilə bağlı Türkiyə və Suriya arasında qaz şəbəkələri birləşdirilib və texniki məsələlər həll olunub.

Azərbaycan nümayəndə heyəti Suriyanın energetika və mineral ehtiyatlar naziri, baş naziri və digər hökumət rəsmiləri ilə görüşlər keçirəcək, həmçinin Suriyadakı qaz emalı zavodunda olacaq.

Səfər martın 4-də başa çatacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR