Bank Of Baku

Azərbaycanın enerji sistemində həyata keçiriləcək tədbirlər üzrə araşdırmalar aparılacaq

Azərbaycanın enerji sistemində həyata keçiriləcək tədbirlər üzrə araşdırmalar aparılacaq
# 02 mart 2010 13:41 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov - APA-Economics. Bu il Azərbaycanın enerji sistemində yaxın illər üçün həyata keçirilməsi nəzərdə tutulan bir sıra tədbirlər üzrə araşdırmalar aparılaraq müvafiq sənədlər hazırlanacaq. Bu barədə «APA-Economics»ə “Azərenerji” ASC-nin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, Azərbaycan Elmi-Tədqiqat Energetika və Layihə-Axtarış İnstitutu şəbəkə sisteminin yeni obyektlərinin – 300/110 KV-luq “Xaçmaz”, 220/110 KV-luq “Salyan” yarımstansiyalarının, müvafiq elektrik verilişi xətlərinin və digər obyektlərin istismara veriləcəyini nəzərə alaraq 35-500 KV-luq şəbəkələr, o cümlədən Xaçmaz Yüksək Gərginlikli Elektrik Şəbəkəsi (YGEŞ), Sumqayıt YGEŞ və Mingəçevir YGEŞ üçün müvafiq gərginlik sinfi üzrə texniki itkilərin proqnoz qiymətlərini hesablayaraq yüksək gərginlikli və paylayıcı şəbəkələrin vəziyyətinin təhlilini aparacaq, bu təhlilin nəticələri əsasında gələcəkdə yüksək gərginlikli şəbəkələrdə elektrik enerjisinin texniki itkilərinin azaldılması üzrə təkliflər hazırlayacaq. Bundan başqa, institut “Elektrik stansiyaları və şəbəkələrinin texniki istismar qaydaları”nı və “Elektrik stansiyalarında yanacağın hesabat qaydaları”nı yenidən tərtib edəcək.

“Azərenerji” ASC-nin Mərkəzi Dispetçer İdarəsi enerji sisteminin texniki-iqtisadi göstəricilərinin səviyyəsinin yüksəldilməsi məqsədilə 2011-ci il üçün yüksək gərginlikli elektrik şəbəkələrində texniki itkilər üzrə plan tapşırığına dair, sistem təşkiledici 110 KV-luq və yüksək gərginlikli elektrik şəbəkələrində aktiv və reaktiv gücün optimal paylanması üzrə hesabatlar apararaq rejim təklifləri hazırlayacaq.

“Azərenerji” ASC-nin Enerjinəzarət İdarəsinə isə texniki-iqtisadi göstəricilərin səviyyəsinin yüksəldilməsi üçün sayğaclarda xətanın buraxılabilən həddinə və dövlət yoxlanışı qrafikinə riayət edilməsinə nəzarəti, xətası buraxılabilən həddən yüksək olan sayğacların əvəzlənməsini təşkil etmək tapşırılıb. Həmçinin idarə “Azərenerji” ASC-nin Mərkəzi Dispetçer İdarəsi ilə razılaşdırılaraq, respublika ərazisinin 35/10-6 KV-luq sərhəd nöqtələrində sayğacların quraşdırılması üzrə Nazirlər Kabinetinin müvafiq sərəncamının icrasını təmin edəcək. İdarəyə həmçinin, tabeliyində olan obyektlərdə quraşdırılmış yanacaq, elektrik və istilik enerjisinin ölçü cihazlarının saz vəziyyətdə olmasına nəzarəti gücləndirəcək. Xüsusi (texnoloji) sərfiyyat aqreqatlarında və qurğularında elektrik enerjisinin sayğaclarına təsərrüfat ehtiyaclarının qurğularının və aparatlarının (emalatxanalarda dəzgahların, qaynaq aparatlarının, təmir işlərində istifadə olunan alətlərin, idarəetmə otaqlarının, yeməkxanaların və mühafizə məntəqələrinin kondisionerlərinin, işıqlandırma lampalarının, məişət qızdırıcılarının, soyuducuların və s.) qoşulmamasına ciddi nəzarət edilməsi də həvalə olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR