Bank Of Baku

Futuroloq Cerom Qlenn: “Nanotexnologiyalar və alternativ enerji mənbələrinin istifadəsi energetika sahəsində nəhəng imkanlar açır”

Futuroloq Cerom Qlenn: “Nanotexnologiyalar və alternativ enerji mənbələrinin istifadəsi energetika sahəsində nəhəng imkanlar açır”
# 03 mart 2010 12:56 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva – APA. Nanotexnologiyalar və alternativ enerji mənbələrinin istifadəsi energetika sahəsində nəhəng imkanlar açır. Bunu APA-ya açıqlamasında futuroloq, “Minillik” layihəsinin rəhbəri Cerom Kleyton Qlenn bəyan edib.

C.K.Qlenn bildirib ki, nüvə enerjisi iqlim dəyişikliklərinə çağırışdır: “Nüvə tullantılarını məhv etmək kifayət qədər çətin olduğundan, enerji təhlükəsizliyi üçün ən yaxşı perspektiv nanotexnologiyalar və alternativ enerji mənbələrinin istifadəsidir. Bu isə az enerji sərf etməklə istehsala imkan verir”.

Futuroloqun sözlərinə görə, Yaponiya yaxın 20 il ərzində günəş enerjisi ilə işləyən kosmik elektrostansiya – sputnik sistemi quracağını bəyan edən ilk ölkədir: “Bu texnologiya nəhəng imkanlar açacaq. Hesab edirəm ki, yaponlar bu sistemin ilk testlərini həyata keçirməyə başladıqlarında ABŞ və Avropa İttifaqı da buna maraq göstərəcək”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR