Bank Of Baku

Bu il Bərdənin qazlaşdırılması məqsədilə bir sıra tədbirlər görüləcək

Bu il Bərdənin qazlaşdırılması məqsədilə bir sıra tədbirlər görüləcək
# 04 mart 2010 08:55 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu il ərzində Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) «Azəriqaz» İstehsalat Birliyi Bərdə rayonunda 2-ci Yaşayış Massivi, 10 yaşayış binasının qazlaşdırmaq, Kətəlparaq kəndindəki Avtomatik Qazpaylayıcı Stansiyanı bərpa etmək və 60-a yaxın kəndi qazlaşdırmaq niyyətindədir.

ARDNŞ-dan «APA-Economics»ə verilən məlumata görə, «Azəriqaz» tərəfindən artıq görülən texniki tədbirlər nəticəsində rayonun Mirzəcəfərli, Mollagüllülər, Seyid Yusifli, Cicimli, Tağılar, Alaçadırlı kəndlərinə də mavi yanacaq verilib. Hazırda Bərdə Qaz İstismar Sahəsi 31 idarə, müəssisə və fiziki şəxs daxil olmaqla 9 480 istehlakçını mavi yanacaqla təmin edir. Abonentlərin 7 064-ü rayonda, 2 385-i isə kənd yerlərində yaşayır. Rayonun 13 kəndində G-400 və G-250 markalı elektron tipli sayğaclar quraşdırılıb.

Bununla yanaşı, 2009-cu ildə Bərdənin S.Zöhrabbəyov, S.Vurğun küçələrinə daşıyıcı qaz kəmərləri çəkilib, 9 yaşayış binasına təbii qazın verilməsi təmin edilib. Bundan başqa, rayonda 1 050 ailəni əhatə edən 2-ci Yaşayış Massivinə yerüstü qaz kəməri çəkilib. Qaz təminatı nisbətən zəif olan ərazilərdə isə 2 ədəd qaztənzimləyici şkaf və 2 ədəd siyirtmə quraşdırılıb. Ötən il ərzində rayonda 856, kəndlərdə isə 755 olmaqla cəmi 1 631 abonent sayğaclaşdırılıb. Bu gün Bərdədə rayon mərkəzinin qazlaşdırılması 96%, kəndlərin qazlaşdırılması isə 16,5% təmin olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR