Bank Of Baku

Astaranın iki kəndinə təbii qazın verilişi bərpa olunub

Astaranın iki kəndinə təbii qazın verilişi bərpa olunub
# 04 mart 2010 12:06 (UTC +04:00)
Astara. Ağəddin Babayev - APA. Martın 4-də on beş illik fasilədən sonra Azərbaycanın Astara rayonunun Pensər və Kakalos kəndlərinə təbii qazın nəqli bərpa olunub.

APA-nın cənub bürosunun məlumatına görə, bu münasibətlə düzənlənən mərasimlərdə Astara rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev, yerli ictimaiyyətin nümayəndələri və ağsaqqallar çıxış edərək, dövlət tərəfindən əhalinin maddi-rifah halının yaxşılaşdırılması, məişət problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərdən söz açıblar.

Astara Qaz İstismarı Sahəsinin rəisi Qəhrəman Əliyev bildirib ki, bu yaşayış məntəqələrinə təbii qazın verilişinin bərpasından ötrü 9 kilometrədək daşıyıcı borular və 4 qaztənzimləyici şkaf təmir olunaraq saz vəziyyətə gətirilib. Dövlət Neft Şirkətinin vəsaiti hesabına evlərdə sayğaclar quraşdırılıb. Hazırda Astara şəhəri də daxil olmaqla rayonun 25 yaşayış məntəqəsinə mavi yanacağın verildiyini diqqətə çatdıran Q.Əliyevin sözlərinə görə, may ayına kimi daha 3 kəndə təbii qazın nəqli bərpa olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR