Bank Of Baku

“Neft Daşları” yatağındakı yeni quyuda qazma işləri başa çatdırılıb

“Neft Daşları” yatağındakı yeni quyuda qazma işləri başa çatdırılıb
# 04 mart 2010 14:09 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Xəzər dənizinin Azərbaycana məxsus milli sektorundakı “Neft Daşları” yatağındakı 1146 nömrəli meydançadan 1333 nömrəli quyuda qazma işləri başa çatdırılıb. Bu barədə «APA-Economics»ə ARDNŞ-dən məlumat verilib.

ARDNŞ-nin Kompleks Qazma İşləri Trestinin “Neft Daşları” Dəniz Qazma İşləri İdarəsi tərəfindən Qala Lay Dəstəsinə qazılmış quyunun 1840 metr dərinlikdən sutkada 10 ton neft verəcəyi gözlənilir. Bundan əlavə, həmin meydançada qazılmış 1326, 1329, 1330, 1332 və 1335 nömrəli quyularda da qazma işləri başa çatdırılıb. Hazırda quyular mənimsəmə gözləyir.

Qeyd edək ki, meydançada ümumilikdə 18 quyunun istismara verilməsi nəzərdə tutulub. Geoloqların hesablamalarına görə, həmin quyulardan ümumilikdə sutkada 180 ton neft hasil ediləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR