Bank Of Baku

Türkiyə Böyük Millət Məclisi «Nabucco» layihəsi haqqında hökumətlərarası sazişi təsdiq edib

Türkiyə Böyük Millət Məclisi «Nabucco» layihəsi haqqında hökumətlərarası sazişi təsdiq edib
# 04 mart 2010 21:01 (UTC +04:00)
«APA-Economics»in Türkiyə xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, «Nabucco» layihəsi çərçivəsində Türkiyənin şərq və cənub sərhədlərindən təmin ediləcək təbii qazın Türkiyə, Bolqarıstan, Rumıniya və Macarıstan üzərindən Avstriyaya qədər ötürülməsi üçün boru xətti çəkiləcək.

TBMM-də millət vəkillərinin suallarını cavablandıran Türkiyənin enerji və təbii qaynaqlar naziri Taner Yıldız bildirib ki, «Nabucco» razılaşmasında Türkiyə öz mənfəətlərini nəzərə alıb. Nazir layihə üzə çəkiləcək 3 min kilometrlik boru xəttinin 2 min kilometrinin Türkiyədən keçəcəyini vurğulayıb.

Qeyd edək ki, Xəzər regionundan Türkiyə və Balkan yarımadası vasitəsilə Mərkəzi Avropaya təbii qazın ixracı üçün nəzərdə tutulan «Nabucco» kəmərinin inşası məqsədilə yaradılan «Nabucco Gas Pipeline İnternational GmbH.» konsorsiumuna OMV (Avstriya), MOL (Macarıstan), «Transgaz» (Rumıniya), «Bulgargaz» (Bolqarıstan), «BOTAŞ» (Türkiyə) və RWE (Almaniya) şirkətləri qoşulub. Hər bir tərəfdaş şirkətin konsorsiumda payı 16,67% təşkil edir. Layihənin xərclərinin 1/3-i səhmdarlar tərəfindən, qalan hissəsi isə maliyyə-kredit təşkilatları tərəfindən maliyyələşdiriləcək. Layihənin ümumi investisiya dəyəri 7,9 mlrd. avro təşkil edir. Boru xəttinin uzunluğu 3 300 km olacaq, illik nəqletmə gücü isə 31 mlrd. kubmetr həcmində nəzərdə tutulub. Qaz kəmərinin 2015-ci ildə istismara verilməsi nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR