Bank Of Baku

Bu il Azərbaycan Dövlət Neft Şirkəti bir sıra neftlə çirklənmiş əraziləri təmizləməyi planlaşdırır

Bu il Azərbaycan Dövlət Neft Şirkəti bir sıra neftlə çirklənmiş əraziləri təmizləməyi planlaşdırır
# 05 mart 2010 07:02 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Bu il Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) «Ekol Mühəndislik Xidmətləri» QSC-nin iştirakı ilə bir sıra neftlə çirklənmiş əraziləri təmizləməyi planlaşdırır. Bu barədə «APA-Economics»ə «Ekol Mühəndislik Xidmətləri» QSC-dən məlumat verilib.

Şirkətin həyata keçirəcəyi prioritet ekoloji layihələri sırasında H.Z.Tağıyev adına, «Abşeronneft» və «Siyəzənneft» neft və qazçıxarma idarələrinin mədən ərazilərində və Böyük Şor sahəsində çirklənmiş torpaqların rekultivasiyası və bioremediasiyası layihələri yer tutur. Bu layihələrin icrası «Azneft» İstehsalat Birliyi ilə «Ekol Mühəndislik Xidmətləri» QSC-yə həvalə edilib.

«Ekol Mühəndislik Xidmətləri» QSC-nin Torpaqların Rekultivasiyası Departamenti «Azneft» İB ilə birgə cari ilin yanvar ayından H.Z.Tağıyev adına, fevral ayından isə «Siyəzənneft» NQÇİ-nin mədən ərazilərində layihələrin icrasına başlayıb. Layihənin keçirildiyi neftlə çirklənmiş torpaq sahəsi 50 hektarlıq bir ərazini əhatə edir. Bu ərazi Qilgilçay, Sadan neft-yığım məntəqəsi, Ataçay və Siyəzənneft neft-yığım məntəqəsi sahələrindən ibarətdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR