Bank Of Baku

İranlı mühəndislər Azərbaycanda metanol zavodu tikirlər

İranlı mühəndislər Azərbaycanda metanol zavodu tikirlər
# 05 mart 2010 08:27 (UTC +04:00)
Bakı. Süleyman Fərzəliyev - APA. Qafqaz regionunda ilk dəfə olaraq iranlı mühəndislər tərəfindən Azərbaycanda metanol qazı istehsal edən müəssisə tikilir.

İranın Azərbaycandakı səfirliyindən APA-ya bildirilib ki, bu zavod Azərbaycana məxsusdur.

Zavodun avadanlığının qurulmasını, eləcə də tikilib təhvil verilməsini İranın “Mehvarsazan” şirkətinin 83 mühəndisi və texniki işçisi yerinə yetirəcək. 36 mln. avro dəyərində olan bu vacib sənaye layihəsinin artıq 60%-i həyata keçirilib. Zavod sutkada 2,1 min ton metanol qazı istehsal edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR