Bank Of Baku

Avropa Komissiyası «Nabucco» layihəsinə 200 mln. avro ayırıb

Avropa Komissiyası «Nabucco» layihəsinə 200 mln. avro ayırıb
# 05 mart 2010 10:35 (UTC +04:00)
APA-nın Bolqarıstanın BNR dövlət radiosuna istinadən verdiyi məlumata görə, Avropa Komissiyasının enerji məsələri üzrə komissarı Günter Ettinger bildirib ki, təmsil etdiyi qurum Avropa İttifaqına (Aİ) üzv ölkələrin enerji təhlükəsizliyini təmin etmək üçün ümumilikdə 2,3 mlrd. avro ayırıb. Bu vəsait üzv ölkələrin qaz və elektrik maqistrallarının modernləşdirilməsinə yönəldiləcək. Komissarın sözlərinə görə, bu vəsait ilk növbədə yeni boru kəmərlərinin inşası ilə Aİ-nin vahid enerji qovşağının yaradılmasına sərf olunacaq. Vəsaitdən yaxın 18 ay ərzində istifadə olunacaq.

G.Ettingerin sözlərinə görə, 200 mln. avro Türkmənistan və Azərbaycan qazının Bolqarıstan, Macarıstan, Avstriya və Almaniyaya çatdıracaq «Nabucco» qaz kəməri layihəsinə xərclənəcək.

Qeyd edək ki, Xəzər regionundan Türkiyə və Balkan yarımadası vasitəsilə Mərkəzi Avropaya təbii qazın ixracı üçün nəzərdə tutulan «Nabucco» kəmərinin inşası məqsədilə yaradılan «Nabucco Gas Pipeline İnternational GmbH.» konsorsiumuna OMV (Avstriya), MOL (Macarıstan), «Transgaz» (Rumıniya), «Bulgargaz» (Bolqarıstan), «BOTAŞ» (Türkiyə) və RWE (Almaniya) şirkətləri qoşulub. Hər bir tərəfdaş şirkətin konsorsiumda payı 16,67% təşkil edir. Layihənin xərclərinin 1/3-i səhmdarlar tərəfindən, qalan hissəsi isə maliyyə-kredit təşkilatları tərəfindən maliyyələşdiriləcək. Layihənin ümumi investisiya dəyəri 7,9 mlrd. avro təşkil edir. Boru xəttinin uzunluğu 3 300 km olacaq, illik nəqletmə gücü isə 31 mlrd. kubmetr həcmində nəzərdə tutulub. Qaz kəmərinin 2015-ci ildə istismara verilməsi nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR