Bank Of Baku

Martın 9-da Bakıda borclu abonentlərin enerji təchizatı dayandırılacaq

Martın 9-da Bakıda borclu abonentlərin enerji təchizatı dayandırılacaq
# 05 mart 2010 11:15 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. “Bakıelektrikşəbəkə” ASC martın 9-u saat 12:00-dan borclu abonentlərin enerji təchizatını qeyd-şərtsiz dayandıracaq. Bu barədə «APA-Economics»ə səhmdar cəmiyyətinin mətbuat xidmətindən məlumat verilib.

Borclu abonentlərə martın 9-dək vaxt verən “Bakıelektrikşəbəkə” ASC enerji təchizatının qanunvericiliyə uyğun olaraq fərdi qaydada dayandırılacağını bəyan edib.

«Borcunu vaxtında ödəməyən abonentlərə heç bir güzəşt edilməyəcək. Abonentlərin bayram günlərində elektrik enerjisiz qalmaması üçün borclarını dərhal və tam ödəmələri xahiş olunur», - deyə səhmdar cəmiyyətindən bildirilib.

Qeyd edək ki, borca görə elektrik enerjisi təchizatı dayandırılan abonentlərin təkrar şəbəkəyə qoşulması bir neçə gün sonra mümkün olacaq. Borcların ödənilməsi bütün poçt şöbələrində, banklarda, həmçinin internet saytı (www.bes.az) vasitəsilə “online” olaraq həyata keçirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR