Bank Of Baku

“Neftechala Operating Company Ltd” şirkəti MHŞT-nin Azərbaycanda tətbiqinə dair Memoranduma qoşulub

“Neftechala Operating Company Ltd” şirkəti MHŞT-nin Azərbaycanda tətbiqinə dair Memoranduma qoşulub
# 05 mart 2010 13:30 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən “Neftechala Operating Company Ltd” şirkəti Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsünün (MHŞT) Azərbaycanda tətbiqinə dair Qarşılıqlı Anlaşma Memorandumuna qoşulub. Bu barədə «APA-Economics»ə Dövlət Neft Fondundan məlumat verilib.

Şirkət memoranduma qoşulmaq barədə aktı martın 3-də imzalayıb. “Qoşulma Aktı”nı imzalamaqla “Neftechala Operating Company Ltd” şirkəti Memoranduma qoşulmuş digər şirkətlər kimi növbəti - on ikinci hesabat dövrü (2009-cu il) üzrə Azərbaycan hökumətinə ödənişləri barədə hesabat verəcək.

Bununla MHŞT-nin Azərbaycanda tətbiqinə dair Memorandumu imzalamış şirkətlərin sayı 29-a çatıb. Memorandum 2004-cü il noyabrın 24-də MHŞT-nin Azərbaycanda həyata keçirilməsi prosesinə qoşulmuş 21 xarici və yerli hasilat sənayesi şirkətləri, o cümlədən Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, BP Azərbaycan, Exxon, Statoil, Total, Lukoil, Chevron, Shell, Devon Enerji kimi böyük şirkətlər tərəfindən imzalanıb. Sonradan Memoranduma daha yeddi şirkət - Inpex Azərbaycan, Binəqədi Oil, RAFI Oil, NİCO, Apsheron Investments Ltd, GDF SUEZ Eksploreyşn Kaspian B.V. və Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited şirkətləri qoşulub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR