Bank Of Baku

Lənkəranda indiyədək 2650 smartkart tipli sayğac quraşdırılıb

Lənkəranda indiyədək 2650 smartkart tipli sayğac quraşdırılıb
# 05 mart 2010 14:21 (UTC +04:00)
Lənkəran. Ağəddin Babayev - APA. Lənkəranda smartkart tipli sayğacların quraşdırılması prosesi gündən-günə sürətləndirilir.
Lənkəran rayon Paylayıcı Elektrik Şəbəkəsinin (RPEŞ) rəis əvəzi Cəlal Kərimovun APA-nın cənub bürosuna verdiyi məlumata görə, fiziki şəxslərin mənzillərinə yeni sayğacların quraşdırılması texniki təchizat müəssisəsinin hesabına həyata keçirildiyi halda, müəssisə və təşkilatlarda bu iş onların öz vəsaitləri hesabına görülür.
Ümumilikdə müəssisədə sayğacın quraşdırılmasının 263 manata başa gəldiyini bildirən RPEŞ rəisi Lənkəran rayonunun tamamilə smartkart tipli sayğaclarla əhatə olunacağını, birinci növbədə şəhər ərazisinin və ona yaxın olan Şilavar, Velədi, Digah, Göyşaban və Sutəmurdov kəndlərinin 2010-cu ilin sonuna qədər tam sayğaclaşdırılacağını qeyd edib: “Rayon mərkəzi də daxil olmaqla bu yaşayış məntəqələrində 13500 abonent mövcuddur. İndiyə kimi 2650 sayğac quraşdırılıb. 2011-ci ilin əvvəlindən rayonun digər kəndlərinin də sayğaclaşdırılacağını, 2013-cü ilin sonunadək isə bu işin tam başa çatdırılacağını nəzərdə tutmuşuq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR