Bank Of Baku

Azərbaycanın Füzuli rayonunun Horadiz qəsəbəsinə təbii qazın verilişinə başlanıb

Azərbaycanın Füzuli rayonunun Horadiz qəsəbəsinə təbii qazın verilişinə başlanıb
# 06 mart 2010 09:52 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov - APA. Azərbaycanın Füzuli rayonunun Horadiz qəsəbəsinə təbii qazın verilişinə başlanıb. Bu barədə APA-ya ARDNŞ-dən məlumat verilib.

Martın 5-də bu münasibətlə qəsəbədə tədbir keçirilib. Tədbirdə qeyd olunub ki, dövlət başçısının tapşırığına əsasən, ölkənin döyüş bölgəsində yerləşən bu qəsəbənin qazlaşdırılmasına 2008-ci ildən başlanıb. Həmin ilin oktyabrında buradakı 300 ev (ümumi sayın 30 faizi) təbii qazla təchiz olunub. Əvvəl təbii qaz almayan qəsəbə artıq tam qazlaşdırılmış, abonentlər sayğaclarla təmin edilib. Horadiz Qazpaylayıcı Stansiyasından qidalanan Horadiz qəsəbəsinin qazla təchizatı məqsədilə 42 km-dən artıq paylayıcı kəmər çəkilib. Yaxın vaxtlarda Füzuli rayonunda məcburi köçkünlər üçün yeni tikilmiş “Zobcuq-1, 2, 3, 4, 5” və “Qayıdış” qəsəbələrinin, eləcə də rayonun qaz almayan digər kəndlərinin də qazlaşdırılmasının başa çatdırılması nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR