Bank Of Baku

ARDNŞ İngiltərə şirkəti ilə müqavilə imzalayıb

ARDNŞ İngiltərə şirkəti ilə müqavilə imzalayıb
# 06 mart 2010 10:14 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov - APA. Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) və İngiltərənin “Fugro” şirkəti arasında “Geoloji-Geofiziki və Neft-mədən verilənlərinin korporativ bazasının yaradılması haqqında” müqavilə imzalanıb. Bu barədə APA-ya ARDNŞ-dən məlumat verilib.

Müqaviləni ARDNŞ tərəfindən İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin rəisi İnayət Hüseynov, “Fugro” Şirkəti tərəfindən isə “Fugro Data Solutions” (İngiltərə) idarə heyətinin sədri Saymon Kendall imzalayıblar. Mərasimdə bildirilib ki, ARDNŞ rəhbərliyi 2008-ci ildə beynəlxalq korporativ standartlarına uyğun olaraq, İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin (İTRİ) nəzdində Azərbaycanın karbohidrogen yataqlarının geoloji, geofiziki və mədən məlumatlarının inteqrasiya olunmuş korporativ bazasının yaradılması barədə qərar qəbul edib. Bu məlumat bazası neft və qaz haqqında milli və korporativ məlumatların özündə effektiv saxlanılmasına və istifadə olunmasına, eləcə də Şirkətin daxilində, həmçinin digər şirkətlər arasında müqavilə əsasında texniki informasiyanın paylaşmasına xidmət edir. Korporativ Verilənlər Bazasında saxlanılan informasiyalar karbohidrogen ehtiyatlarının qiymətləndirilməsində, perspektivli yataqların izlənməsində, eləcə də lisenziyalaşdırılmış raundlarda məhsulun razılaşdırılmış bölgüsündə potensial iştirakçı kimi çıxış edəcək.

Tədbirdə həmçinin qeyd olunub ki, verilənlər bazasının yaradılması ilə Şirkətin, eləcə də birgə müəssisələrin texniki informasiyaları təhlükəsiz və mərkəzləşdirilmiş qaydada saxlanılacaq, neft-qaz sahəsinin bütün verilənləri əldə olan analoji formadan rəqəmli formata keçiriləcək, ayrılmış terminallardan və web-interfeysdən istifadə etməklə qeydə alınmış istifadəçi-müştərilərin texniki verilənlərə sürətli girişi həyata keçiriləcək. Ehtiyatların hesablanmasında və işlənmənin layihələndirilməsində, həmçinin kommersiya məqsədilə (lisenziyalı raundların həyata keçirilməsində) geoloji-geofiziki və neft-mədən informasiyalarından tam və etibarlı istifadə etmək imkanları əldə olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR