Bank Of Baku

Azərbaycanda yeni Çıraq Neft Layihəsinin icrasına rəsmən start verilib - YENİLƏNİB

Azərbaycanda yeni Çıraq Neft Layihəsinin icrasına rəsmən start verilib - <font color=red>YENİLƏNİB</font>
# 09 mart 2010 10:45 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, tədbirdə çıxış edən ARDNŞ prezidenti Rövnəq Abdullayev ölkənin neft-qaz potensialı və tarixindən danışıb. R.Abdullayev bildirib ki, hazırda Azərbaycanda 14 xarici neft-qaz şirkəti fəaliyyət göstərir və 1994-cü ildən indiyədək xarici şirkətlərlə 20-dən artıq saziş imzalanıb. ÇNL-dən söz açan ARDNŞ başçısının dediyinə görə, layihə AÇG-də əlavə 360 mln. barel neft hasil etməyə imkan verəcək ki, bu da yeni nəhəng yatağın hasilatına bərabərdir: «Bu layihə çərçivəsində yeni texnologiya və avadanlıqlar tətbiq olunacaq ki, bu da AÇG yataqlar blokundan maksimum hasilatın uzunmüddətli saxlanmasını təmin edəcək».

ARDNŞ prezidenti onu da qeyd edib ki, indiyədək Azərbaycanın neft sektoruna 38 mlrd. ABŞ dolları məbləğində sərmayə yatırılıb. Bu məbləğin 20 mlrd. dollardan artıq hissəsi AÇG layihəsinə sərf olunub. ÇNL-ə isə 6 mlrd. dolar yönəldiləcək: «Layihə daxili vəsait hesabına icra olunacaq. Xaricdən yalnız avadanlıqlar gətiriləcək. Öz növbəsində 1800-dən artıq yeni iş yeri açılacaq».

«BP-Azerbaijan» şirkətinin prezidenti Rəşid Cavanşir isə qeyd edib ki, 2009-cu ildə AÇG-dən 40 mln. ton neft çıxarılıb. ÇNL bu həcmi artırmağa imkan verir: «Layihədən ilk hasilat 2013-cü ilin dördüncü rübünə planlaşdırılır. Bu layihə «BP-Azerbaijan» və ARDNŞ tərəfindən birgə hazırlanıb və başqa layihələrdən fərqlənir. Ümid edirəm ki, tərəflər arasında əməkdaşlıq digər layihələrlə davam edəcək».

ÇNL-in rəhbəri İlqar Məmmədov bildirib ki, layihə çərçivəsində suyun 170 metr dərinliyində, «Çıraq» və «Dərinsulu Günəşli» platformaları arasında yeni platforma qurulacaq.

Daha sonra ÇNL-in sanksiyasının verilməsinə dair sənəd imzalanıb. Sənədi R.Abdullayev və R.Cavanşir imzalayıb.

Qeyd edək ki, layihə çərçivəsində Xəzər dənizində yeni platforma («Qərbi Çıraq») inşa olunacaq və bu platformadan bir neçə sualtı boru çəkiləcək. Artıq ötən ilin dekabr ayında yeni inşa olunacaq platforma üçün dayaq plitəsinin tikintisinə başlanılıb, bu ilin ortalarında isə sözügedən plitənin quraşdırılması nəzərdə tutulub, platformanın üst işləri isə 2013-cü ildə realizə olunacaq. Ümumiyyətlə, platforma 2013-cü ildə hazır olacaq ki, platforma üçün bərkidici borular Azərbaycanda istehsal olunacaq.

Xatırladaq ki, hazırda Xəzərdə 5 platforma mövcuddur («Çıraq», «Mərkəzi Azəri», «Qərbi Azəri», «Şərqi Azəri» və «Dərinsulu Günəşli»).

AÇG blokunun işlənməsi layihəsində BP (operator - 34,1%), «Chevron» (10,2%), ARDNŞ (10%), «Inpex» (10%), «StatoilHydro» (8,6%), «ExxonMobil» (8%), TPAO (5,6%), «Devon» (5,6%) və «Hess» (2,7%) şirkətləri iştirak edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR