Bank Of Baku

Azərbaycan fevralda elektrik enerjisinin istehsalını 24% azaldıb

Azərbaycan fevralda elektrik enerjisinin istehsalını 24% azaldıb
# 09 mart 2010 14:19 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Cari ilin fevral ayında Azərbaycanın enerji sistemində 1,7 mlrd. kVt/saata yaxın elektrik enerjisi istehsal edilib. Bu barədə «APA-Economics»ə «Azərenerji» ASC-nin mətbuat xidmətindən məlumat verilib.

Yanvar ayı ilə müqayisədə fevralda enerji istehsalı 23,5% azalıb.

Göstərilən həcmdən istilik elektrik stansiyalarının (İES) payına 1,4 mlrd. kVt/saatdan artıq, su elektrik stansiyalarının (SES) payına isə 0,3 mlrd. kVt/saata yaxın elektrik enerjisi istehsalı düşür. Hesabat dövründə İES-lərdə enerji istehsalı 42,8% azalıb, SES-lərdə isə 4 dəfə artıb.

Bununla yanaşı, ay ərzində Rusiya, Türkiyə, İran və Gürcüstanla elektrik enerjisi mübadiləsi davam etdirilib.

Cari ilin yanvar-fevral aylarında isə ümumilikdə enerji sistemində 3,5 mlrd. kVt/saatdan artıq elektrik enerjisi istehsal edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR