Bank Of Baku

Azərbaycanda «AAS-Ekol» müştərək müəssisəsi yaradılıb

Azərbaycanda «AAS-Ekol» müştərək müəssisəsi yaradılıb
# 09 mart 2010 15:10 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycanın «Ekol Mühəndislik Xidmətləri» QSC və Böyük Britaniyanın Virgin adalarında qeydiyyatdan keçmiş «AA Services Ltd.» şirkətinin təsis etdiyi «AAS-Ekol» MMC Azərbaycanda dövlət qeydiyyatına alınıb. Bu barədə «APA-Economics»ə Vergilər Nazirliyindən məlumat verilib.

Vergilər Nazirliyində «bir pəncərə» sistemi üzrə qeydiyyata alınmış şirkət Bakı şəhəri, Nəsimi rayonu, Moskva prospekti 3001-ci məhəllədə yerləşir. Şirkətin nizamnamə kapitalı 100 manat təşkil edir, qanuni təmsilçisi Vaqif Əmrahovdur.

Qeyd edək ki, birgə müəssisəni yaradan şirkətlər ötən il «BP Exploration (Caspian Sea)» şirkətinin ötən il «Tullantıların idarə olunması xidmətlərinin göstərilməsi Layihəsi» üzrə keçirdiyi tenderə birgə qatılaraq qalib olub.

Müəssisənin yaradılmasında məqsəd şirkətlərin maddi-texniki imkanlarından istifadə etməklə həm «BP Exploration (Caspian Sea)» şirkətinə, həm də digər xarici firmalara tullantıların (ərsin parafini, neft şlamı, qazma şlamı, lay suları, neftli-çirkli sular, çirklənmiş torpaqlar, bərk tullantılar və s.) idarə olunması sahəsində mühəndislik xidmətlərinin göstərilməsidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR