Bank Of Baku

Azərbaycan Dövlət Neft Şirkəti fevralda büdcə ödənişlərini 2,7 dəfə artırıb

Azərbaycan Dövlət Neft Şirkəti fevralda büdcə ödənişlərini 2,7 dəfə artırıb
# 10 mart 2010 06:46 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin fevral ayı ərzində Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) dövlət büdcəsinə 77,893 mln. manat vəsait ödəyib ki, ötən ilin fevral ayı ilə müqayisədə ödənişlərin həcmi 2,7 dəfə artıb.

ARDNŞ-dan «APA-Economics»ə verilən məlumata görə, bu ilin yanvar-fevral aylarında isə büdcəyə 167,687 mln. manat və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,6 dəfə çox vəsait ödənilib.

Bundan başqa, 2010-cu ilin fevral ayında ARDNŞ Dövlət Sosial Müdafiə Fonduna (DSMF) 8,387 mln. manat vəsait köçürüb ki, 2009-cu ilin analoji ayı ilə müqayisədə bu göstərici 4,7% artıb. Ümumiyyətlə, cari ilin yanvar-fevral aylarında Şirkət tərəfindən DSMF-ya ödəniş ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,5% artaraq 17,103 mln. manat olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR