Bank Of Baku

Azərbaycan Dövlət Neft Şirkəti fevralda 12,9 min metr qazma işi həyata keçirib

Azərbaycan Dövlət Neft Şirkəti fevralda 12,9 min metr qazma işi həyata keçirib
# 10 mart 2010 07:23 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin fevral ayı ərzində Azərbaycan Dövlət Neft Şirkəti (müştərək müəssisələr və əməliyyat şirkətləri istisna olmaqla) 12 890 metr qazma işi həyata keçirib.

Şirkətdən «APA-Economics»ə verilən məlumata görə, bu sahədə görülmüş işlərin 12 740 metri istismara, 150 metri isə struktur axtarış qazmasına aid olub.

Ümumiyyətlə, 2010-cu ilin yanvar-fevral aylarında ARDNŞ üzrə 23 353 metr qazma işi görülüb ki, bunun da 22 543 metri istismara, 660 metri kəşfiyyata, 150 metri isə struktur axtarış qazmasına aid olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR