Bank Of Baku

Azərbaycan yeni beynəlxalq qaz kontraktı imzalamağa hazırlaşır

Azərbaycan yeni beynəlxalq qaz kontraktı imzalamağa hazırlaşır
# 10 mart 2010 07:45 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, tədbirdə çıxış edən ARDNŞ prezidenti Rövnəq Abdullayev «RWE Dea»nın Avropanın ən böyük enerji şirkətlərindən olduğunu, ARDNŞ-in bu şirkətlə əməkdaşlıqda maraqlı olduğunu vurğulayıb.

«RWE Dea» şirkətinin prezidenti Yurgen Qrossman isə bildirib ki, «Naxçıvan» layihəsi əməkdaşlığın bir elementidir. Gələcəkdə bu layihə «Nabucco» layihəsinin tərkib hissəsinə çevrilə bilər.

Daha sonra R.Abdullayev və Y.Qrossman memorandumu imzalayıb. R.Abdullayev bildirib ki, memorandum çərçivəsində «Naxçıvan» strukturunun öyrənilməsi üçün şirkətə 12 ay vaxt verilib. «Bu 12 ay ərzində yeni Hasilatın Pay Bölgüsü Sazişinin layihəsi hazırlanacaq. Bundan sonra strukturda kəşfiyyat işləri həyata keçiriləcək», - deyə R.Abdullayev vurğulayıb.

ARDNŞ prezidenti bildirib ki, «Nabucco» layihəsi üzrə «RWE Dea» və Azərbaycan ekspertləri birgə müzakirələr aparır.

ARDNŞ-in I vitse-prezidenti Xoşbəxt Yusifzadə isə jurnalistlərə açıqlamasında bildirib ki, «Naxçıvan» strukturunda böyük həcmdə qaz və kondensat ehtiyatları proqnozlaşdırılır. İlkin hesablamalara görə, bu strukturda çıxarıla bilən təbii qaz ehtiyatı 300 mlrd. kubmetr, kondensat ehtiyatı isə 38 mln. tondur.

Qeyd edək ki, «Naxçıvan» strukturu Abşeron yarımadasından 90 km cənubda, sahildən 55 km uzaqlıqda yerləşir. Struktur 1960-cı ildə aparılan seysmik kəşfiyyat işləri nəticəsində aşkarlanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR