Bank Of Baku

«Azəriqaz» Goranboy rayonunun bir sıra kəndlərini təbii qazla təmin edəcək

«Azəriqaz» Goranboy rayonunun bir sıra kəndlərini təbii qazla təmin edəcək
# 10 mart 2010 07:54 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu il ərzində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) «Azəriqaz» İstehsalat Birliyi Goranboy rayonunun bir sıra kəndlərini təbii qazla təmin edəcək.

ARDNŞ-dan «APA-Economics»ə verilən məlumata görə, 2009-cu il ərzində uzun müddətli fasilədən sonra rayonun Səfikürd, Alpoud, Ağamalıoğlu və Qarasucu yaşayış məntəqələrinin qaz təsərrüfatları yenidən bərpa olunub və 1 175 abonentin təbii qazla təmin edilib.

Hazırda Cinli-boluslu kəndinin qaz təsərrüfatının bərpası həyata keçirilir. Goranboyun Dədə Qorqud, Q.Nağıyev, S.Vurğun, İ.Qayıbov və Vidadi küçələrində istismara yararsız 310 metrlik müxtəlif diametrli daşıyıcı, paylayıcı qaz kəmərləri yenisi ilə əvəz olunaraq istismara verilib və abonentlərin qaz təchizatı yaxşılaşdırılıb. Qızılhacılı qəsəbəsini və digər yaşayış məntəqələrini təbii qazla təmin edən daşıyıcı qaz kəmərinin istismara yararsız 550 metrlik yeraltı hissəsi polietilen boru ilə əvəz olunub. Qızılhacılı qəsəbəsi İ.Qayıbov küçəsindəki 1 300 metrlik paylayıcı və daşıyıcı qaz kəmərləri də yenisi ilə əvəz olunur və çəkilişi yaxın günlərdə başa çatdırılacaq.

Bundan başqa, Xoylu, Qaradağlı kəndlərini və Qazanbulaq qəsəbəsini təbii qazla təmin edən daşıyıcı kəmərlərdə təmir bərpa işləri aparılıb, kəmərin istismara yararsız 59 metrlik hissəsi, Səfikürd kəndində isə qaz kəmərinin 144 metrlik hissəsi yeni metal boru ilə əvəz olunub. Cari il ərzində Baxçakürd, Dəyirmanlar, Azad, Veyisli və Tatarlı kənd yaşayış məntəqələrinin təbii qazla təminatı nəzərdə tutulub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR