Bank Of Baku

Bakı-Ceyhan kəmərilə neftin nəqli fevralda 13% azalıb

Bakı-Ceyhan kəmərilə neftin nəqli fevralda 13% azalıb
# 11 mart 2010 12:34 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Cari ilin fevral ayı ərzində Bakı-Tiflis-Ceyhan (BTC) əsas ixrac boru kəməri vasitəsilə 2 678 477 ton Azərbaycan nefti nəql olunub. Bu barədə «APA-Economics»ə ARDNŞ-dan məlumat verilib.

Yanvar ayı ilə müqayisədə BTC vasitəsi ilə nəql olunan neftin həcmi təxminən 12,5% azalıb.

Cari ilin yanvar-fevral aylarında isə bu kəmərlə 5 722 528 ton neft ötürülüb. Ümumiyyətlə, kəmər istifadəyə verilən gündən 2010-cu ilin mart ayının 1-ə qədər BTC-yə 112 259 796 ton neft vurulub.

Qeyd edək ki, dəyəri 4 mlrd. dollardan artıq olan BTC kəmərinin uzunluğu 1 769 km-dir. Kəmərə ilk neft 2005-ci il may ayının 25-də vurulub və ilk neft Türkiyənin Ceyhan limanına 2006-cı il may ayının 28-də çatıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR