Bank Of Baku

Ceyhan limanından Azərbaycan neftinin ixracı fevralda 12% azalıb

Ceyhan limanından Azərbaycan neftinin ixracı fevralda 12% azalıb
# 11 mart 2010 12:48 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Cari ilin fevral ayı ərzində Ceyhan limanından 2 512 971 ton Azərbaycan nefti dünya bazarlarına çıxarılıb. Bu barədə «APA-Economics»ə ARDNŞ-dan məlumat verilib.

Yanvar ayı ilə müqayisədə fevralda Ceyhan limanından ixrac olunmuş Azərbaycan neftinin həcmi 12% azalıb.

Cari ilin yanvar-fevral aylarında isə bu göstərici 5 379 406 ton təşkil edib. Ümumilikdə, BTC istismara verilən gündən 2010-cu ilin mart ayının 1-ə qədər Ceyhan limanından 109 998 914 ton Azərbaycan nefti dünya bazarlarına yola salınıb.

Qeyd edək ki, Azərbaycan nefti Ceyhan limanına uzunluğu 1 769 km olan Bakı-Tiflis-Ceyhan neft kəməri ilə nəql olunur. Kəmərə ilk neft 2005-ci il may ayının 25-də vurulub və ilk neft Türkiyənin Ceyhan limanına 2006-cı il may ayının 28-də çatıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR