Bank Of Baku

Cənubi Qafqazın ən iri elektrik stansiyası enerji istehsalını artırıb

Cənubi Qafqazın ən iri elektrik stansiyası enerji istehsalını artırıb
# 12 mart 2010 09:38 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Cari ilin fevral ayında Azərbaycanın və Cənubi Qafqaz regionunun ən böyük enerji müəssisəsi sayılan «Azərbaycan» İstilik Elektrik Stansiyasında (İES) 532 mln. kVt/saat elektrik enerjisi istehsal edilib. Bu barədə «APA-Economics»ə «Azərenerji» ASC-nin mətbuat xidmətindən məlumat verilib.

Bununla müəssisə plan tapşırığını 1,3% artıqlaması ilə yerinə yetirib.

Qeyd edək ki, «Azərbaycan» İES hər birinin gücü 300 MVt olan 8 enerji blokundan ibarətdir. Ölkədə istehsal edilən elektrik enerjisinin 45%-ə yaxını bu stansiyanın payına düşür.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR