Bank Of Baku

Etibar Pirverdiyev: “Mühafizə zolağında inşa olunmuş tikililərin taleyi Nazirlər Kabinetinin müvafiq qərarlarından asılı olacaq”

Etibar Pirverdiyev: “Mühafizə zolağında inşa olunmuş tikililərin taleyi Nazirlər Kabinetinin müvafiq qərarlarından asılı olacaq”
# 12 mart 2010 11:44 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov - APA-Economics. Azərbaycanın bütün rayonlarında yüksək gərginlikli elektrik verilişi xətlərinin mühafizə zolağında inşa olunmuş tikililərin sayı dəqiqləşdirilir.

«APA-Economics»in məlumatına görə, bu barədə «Azərenerji» ASC-nin prezidenti Etibar Pirverdiyev bildirib.

E.Pirverdiyev hazırda dəqiqləşdirmələrin davam etdiyini deyib. «Azərenerji» rəhbərinin sözlərinə görə, elektrik verilişi xətlərinin altında tikililərin sayı minlərlədir. Bu tikililərin taleyi isə Nazirlər Kabinetinin müvafiq qərarlarından asılı olacaq.

«Azərenerji» rəhbəri Azərbaycanın enerji sistemində yenidənqurma proqramlarının hazırlandığını, bu çərçivədə yüksək gərginlikli elektrik verilişi xətlərinin rekonstruksiya olunacağını qeyd edib. Artıq Asiya İnkişaf Bankı ilə imzalanmış saziş çərçivəsində bu sahədə işlərə başlanması planlaşdırılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR