Bank Of Baku

Qazaxıstanda Neft və Qaz Nazirliyi yaradılıb

Qazaxıstanda Neft və Qaz Nazirliyi yaradılıb
# 12 mart 2010 11:55 (UTC +04:00)
Bakı – APA-Economics. Qazaxıstanda Neft və Qaz Nazirliyi yaradılıb. “APA-Economics”in xəbərinə görə, bu barədə Qazaxıstan prezidenti Nursultan Nazarbayev hökumət üzvləri və region rəhbərləri ilə keçirdiyi müşavirədə məlumat verib.

Prezident qeyd edib ki, yeni nazirlik məxsusi olaraq neft-qaz sahəsinin inkişafı siyasətinin reallaşdırılması üçün yaradılıb. Bundan sonra dövləti energetika sahəsində “KazMunayQaz” Milli Neft Şirkəti deyil, Neft və Qaz Nazirliyi təmsil edəcək.

Yeni nazirliyin ilk rəhbəri bu vaxtadək energetika və mineral sərvətlər naziri vəzifəsində çalışan Sauat Mınbaev olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR