Bank Of Baku

«Nabucco» və «Cənub axını» layihələri birləşdirilə bilər

«Nabucco» və «Cənub axını» layihələri birləşdirilə bilər
# 12 mart 2010 12:09 (UTC +04:00)
«APA-Economics»in BNE portalına (www.businessneweurope.eu) istinadən verdiyi məlumata görə, P.Skaroni bildirib ki, əgər layihə iştirakçıları bu iki qaz kəmərinin birləşdirilməsinə dair ümumi razılığa gəlsələr, «Eni» şirkəti investisiya qoyuluşunu və xərc əməliyyatlarını azalda, həmçinin sərmayənin geri qaytarılmasını sürətləndirə bilər.

Qeyd edək ki, «Nabucco» qaz kəməri layihəsinin dəyəri 7,9 mlrd. avro təşkil edir. Tikinti işlərinin 2011-ci ildə və qazın nəqlinin isə 2014-cü ildə başlayacağı gözlənilir. Bu qaz kəməri Bakı-Tiflis-Ərzurum kəmərinin ardı olacaq və Xəzər qazının Azərbaycan, Gürcüstan, Türkiyə, Bolqarıstan, Macarıstan, Rumıniya və Avstriyadan keçməklə Avropaya çatdırılmasını təmin edəcək.

«Cənub axını» isə Novorossiyskdən (Rusiya) Bolqarıstana qazın ixrac edilməsi üçün İtaliya və Rusiyanın birgə əməkdaşlığı ilə Qara dənizin dibi ilə qaz kəmərinin inşası layihəsidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR