Bank Of Baku

Azərbaycan və Bolqarıstan sıxılmış təbii qazın Avropaya nəqli ilə bağlı müzakirələri davam etdirir

Azərbaycan və Bolqarıstan sıxılmış təbii qazın Avropaya nəqli ilə bağlı müzakirələri davam etdirir
# 12 mart 2010 14:13 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) və «Bulqartransqaz» şirkətinin sıxılmış təbii qazın Azərbaycandan Bolqarıstana, oradan isə Avropa İttifaqı ölkələrinə nəql edilməsi layihəsi üzrə müştərək işçi qrupunun iclası keçirilib.

ARDNŞ-dan «APA-Economics»ə verilən məlumata görə, iclasda «Şahdəniz» konsorsiumu üzrə tərəfdaşların nümayəndələri də iştirak ediblər. Toplantıda sıxılmış təbii qazın Azərbaycandan Qara dəniz vasitəsi ilə Bolqarıstana və potensial olaraq digər Avropa ölkələrinə nəql edilməsinin iqtisadi rentabellik məsələləri, habelə layihənin texniki imkanları müzakirə edilib.

Qeyd edək ki, müştərək işci qrupu 2009-cu ilin noyabrında ARDNŞ və «Bulqartransqaz» şirkətləri arasında sıxılmış təbii qazın nəqli sahəsində əməkdaşlığa dair imzalanmış memoranduma əsasən yaradılıb. İşçi qrupunun növbəti toplantısının aprelin sonunda Sofiyada keçirilməsi nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR