Bank Of Baku

Ağdamın Quzanlı qəsəbəsinin qazlaşdırılması prosesi başa çatıb - FOTOSESSİYA

Ağdamın Quzanlı qəsəbəsinin qazlaşdırılması prosesi başa çatıb - <font color=red>FOTOSESSİYA</font>
# 13 mart 2010 10:36 (UTC +04:00)
Ağdam. Teymur Zahidoğlu - APA. Ağdamın Quzanlı qəsəbəsinin qazlaşdırılması prosesi başa çatıb.

APA-nın Qarabağ bürosunun məlumatına görə, bu münasibətlə rayon mərkəzi funksiyasını həyata keçirən Quzanlı qəsəbəsində tədbir keçirilib.

Bu gün qəsəbədə 450 evə təbii qaz verilib. Bu günə qədər sözügedən yaşayış məntəqəsində 415 evdə mavi yanacaqdan istifadə olunub. Ağdam Qaz İstismar Sahəsindən APA-nın Qarabağ bürosuna bildirilib ki, yaxın gələcəkdə bu rəqəm 2915-ə çatdırılacaq. Belə ki, məcburi köçkünlər üçün salınmış Qasımbəyli qəsəbəsində 200, İmamqulubəyli qəsəbəsində 165, İmamqulubəyli və Çullu kəndlərində 300-dən çox ev qazlaşdırılacaq. Rayonun başqa yaşayış məntəqələrinin də təbii qazla təchiz olunması planlaşdırılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR