Bank Of Baku

Yevlaxın 6 yaşayış məntəqəsinə təbii qazın verilməsinə başlanıb

Yevlaxın 6 yaşayış məntəqəsinə təbii qazın verilməsinə başlanıb
# 13 mart 2010 15:27 (UTC +04:00)
Yevlax. Teymur Zahidoğlu - APA. Bu gün Yevlax rayonunun 6 yaşayış məntəqəsinə təbii qazın verilməsinə başlanıb.

Yevlax Qaz İstismar Sahəsinin rəisi Ədalət Məmmədov APA-nın Qarabağ bürosuna bildirib ki, rayonun Qaramanlı, Köyük, Nəmərli, Muğanlar, Hacımahmudlu və Dəlləklər kəndində yerli əhali mavi yanacaqdan sərbəst şəkildə istifadə edə biləcək.

Ə.Məmmədov onu da deyib ki, bu kəndlərdə qazla təchiz edilmiş 550 evdə artıq sayğaclaşdırma işləri də başa çatdırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR