Bank Of Baku

Sumqayıtda beynəlxalq ekoloji konfrans keçiriləcək

Sumqayıtda beynəlxalq ekoloji konfrans keçiriləcək
# 15 mart 2010 07:39 (UTC +04:00)
Sumqayıt. Rəşad Süleymanov – APA-Economics. Cari ilin may ayında Sumqayıt şəhərində «Çirklənmiş ərazilərin idarə edilməsi – keçid iqtisadiyyatı ölkələri üçün inkişaf imkanları» adlı beynəlxalq konfrans keçiriləcək. Bu barədə «APA-Economics»ə Sumqayıt şəhər İcra Hakimiyyətindən məlumat verilib.

Konfrans Almaniya Texniki Əməkdaşlıq Cəmiyyəti (GTZ) tərəfindən həyata keçirilən «Almaniya-Qafqaz tərəfdaş şəhərləri arasında əməkdaşlıq Layihəsi» çərçivəsində təşkil olunacaq. Almaniya ilə yanaşı bir neçə Avropa və MDB ölkəsindən 50-dək yerli və xarici ekspertin iştirak edəcəyi konfransın təşkilatçıları Sumqayıt və Lüdviqshafen tərəfdaş şəhərləri, həmçinin GTZ mütəxəssislərinin Assosiasiyasıdır.

Qeyd edək ki, 30 ildən artıqdır qardaşlaşmış şəhər əlaqəsinə malik olan Sumqayıt və Lüdviqshafen şəhərləri 2002-ci ildən etibarən GTZ-nin «Almaniya-Qafqaz tərəfdaş şəhərləri arasında əməkdaşlıq Layihəsi»ndə iştirak edir. Ötən müddətdə alman mütəxəssislərinin iştirakı ilə Sumqayıtda şəhər təsərrüfatının idarə olunması, ekologiya, təhsil və bir sıra digər sahələrdə müxtəlif tədbirlər həyata keçirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR