Bank Of Baku

Rusiya “Nabucco” və “Cənub axını” qaz kəmərləri layihələrini birləşdirməkdən imtina edib

Rusiya “Nabucco” və “Cənub axını” qaz kəmərləri layihələrini birləşdirməkdən imtina edib
# 15 mart 2010 11:51 (UTC +04:00)
Bakı - APA-Economics. Rusiya “Nabucco” və “Cənub axını” qaz kəmərləri layihələrini birləşdirməyi nəzərdən keçirmir.

APA-Economics”in məlumatına görə, bunu Rusiyanın energetika naziri Sergey Şmatko bəyan edib.

Nazir bildirib ki, Rusiyanın layihəsi olan “Cənub axını” üzrə artıq bütün zəruri razılaşmalar əldə olunub: “Nabucco” və “Cənub axını” layihələri bir-birinə hətta rəqib də deyillər. Amma biz səbirsizliklə gözləyirik ki, “Nabucco” nə vaxt bizimlə rəqabət aparmağa başlayacaq”.

S.Şmatko əlavə edib ki, “Cənub axını” layihəsini Bolqarıstan ərazisində reallaşdırmaq üçün yaxın vaxtlarda bu ölkə ilə birgə şirkət yaradılacaq.

Qeyd edək ki, Rusiyanın “Cənub axını” layihəsinin dəyəri 10 mrd. avro, nəqletmə gücü ildə 63 mlrd. kubmetrdir. Kəmərin 2015-ci ildə işə salınması gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR