Bank Of Baku

Azərbaycanda yanvar-fevral aylarında sənaye istehsalı 7% artıb

Azərbaycanda yanvar-fevral aylarında sənaye istehsalı 7% artıb
# 16 mart 2010 06:25 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-fevral ayları ərzində Azərbaycan iqtisadiyyatında əhəmiyyətli paya malik sənaye sahələrində təsərrüfat subyektləri tərəfindən istehsal olunmuş mal və xidmətlərin həcmi əvvəlki ilin yanvar-fevral ayları ilə müqayisədə 6,7% artaraq 4,7 mlrd. manat təşkil edib.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, cari ilin ilk iki ayında mühüm sənaye məhsullarından xam neftin hasilatı 8 mln. ton, əmtəəlik təbii qaz hasilatı isə 2,9 mlrd. kubmetr olub. Özəl bölmədə istehsalın həcmi 8,8% artıb və sənaye məhsulunun 81,5%-ni təşkil edib, ümumi istehsalın 93,1%-i sənaye mallarının (əmtəələrin), 6,9%-i isə sənaye xarakterli xidmətlərin istehsalı hesabına yaranıb. Məhsulun 76,7%-i mədənçıxarma bölməsində, 16,8%-i emal bölməsində, 6,1%-i elektrik enerjisi, qaz, buxar və kondisiyalaşdırılmış hava ilə təchizat bölməsində, 0,4%-i isə su təchizatı, çirkli suların və tullantıların təmizlənməsi bölməsində istehsal olunub. İstehsal edilmiş sənaye məhsullarının böyük əksəriyyəti istehlakçılara göndərilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR