Bank Of Baku

Martın 16-17-də Azərbaycanın bəzi rayonlarına qazın verilməsi dayandırılacaq

Martın 16-17-də Azərbaycanın bəzi rayonlarına qazın verilməsi dayandırılacaq
# 16 mart 2010 07:32 (UTC +04:00)
Azərbaycan Dövlət Neft Şirkətindən «APA-Economics»ə verilən məlumata görə, Astara-Qazıməmməd magistral qaz kəmərinin 139,3 kilometrliyindəki 730 metrlik hissənin dəyişdirilməsi, eləcə də həmin magistral qaz kəmərinin 174 və 175 kilometrliyində, Kür çayının keçidində qaz sızmasının qarşısının alınması məqsədi ilə təmir işlərinin aparılması ilə əlaqədar martın 16-da saat 10:00-dan martın 18-dək İmişli, Saatlı, Sabirabad, Biləsuvar, Cəlilabad, Masallı, Lənkəran, Lerik və Astara rayonlarının qaz təminatında müvəqqəti məhdudiyyətlər olacaq. İmişli Şəkər Zavodunun isə qaz təchizatı dayandırılacaq.

Bundan əlavə, təmir işlərinin aparılması ilə əlaqədar martın 17-də saat 09:00-dan 18:00-dək Şamaxı və Mədrəsə Açıq Qazpaylayıcı Stansiyalarından verilən təbii qazın nəqli dayandırılacaq. Həmin müddət ərzində Şamaxı rayon mərkəzinin, eləcə də rayonun bəzi kəndlərinin qaz təminatında fasilələr yaranacaq. Təmir işləri başa çatdıqdan sonra həmin ərazilərə təbii qazın nəqli bərpa ediləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR