Bank Of Baku

Azərbaycan Qalmaz yeraltı qaz anbarının tutumunu artırır

Azərbaycan Qalmaz yeraltı qaz anbarının tutumunu artırır
# 16 mart 2010 07:38 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) Qalmaz yeraltı qaz anbarında yenidənqurma işlərini davam etdirir.

ARDNŞ-dan «APA-Economics»ə verilən məlumata görə, Qalmaz qaz saxlama anbarına vurulan qazın həcminin 2 dəfəyə qədər artırılması məqsədi ilə həyata keçirilən tədbirlər çərçivəsində hazırda mövcud olan 13 maşın və qaz kompressor aqreqatının təmiri başa çatdırılıb. Bu qurğular qazvurma mövsümündə işləmək üçün tam hazır vəziyyətə gətirilib. Daha 5 aqreqatın isə giriş-çıxış xətləri yenidən qurulur.

Beləliklə, Qalmaz Kompressor Stansiyasında aqreqatların sayı 16-dan 18-ə çatdırılacaq. Bundan sonra indiyədək 125 atmosfer təzyiqi ilə işləmiş aqreqatlar 140 atmosfer təzyiqi ilə işləyəcək. Hazırda qaz anbarındakı soyutma sistemi yenidən qurulur, elektrik təchizatının müasir standartlara cavab verən səviyyədə yeniləşdirilməsi istiqamətində işlər həyata keçirilir.

Paralel olaraq Qalmaz anbarında quyuların şleyf xətləri dəyişdirilir, yeni monifold sistemi yaradılır. Qaz anbarına vurulan və oradan götürülən qazın ölçülməsi üçün müasir ölçü qovşağı quraşdırılır. Son dövrlərdə inzibati bina əsaslı təmir olunub, ərazidə abadlıq işləri aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR