Bank Of Baku

Dünya praktikasında ilk dəfə Azərbaycanda «Nanoneft» və «Nanobitum» sistemləri neft sənayesində tətbiq edilib

Dünya praktikasında ilk dəfə Azərbaycanda «Nanoneft» və «Nanobitum» sistemləri neft sənayesində tətbiq edilib
# 16 mart 2010 08:28 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) mütəxəssisləri və Bakı Dövlət Universitetinin alimləri tərəfindən dünya qazma praktikasında ilk dəfə olaraq Azərbaycanda «Nanoneft» və «Nanobitum» sistemləri işlənilərək sənayedə tətbiq edilib. Bu barədə «APA-Economics»ə ARDNŞ-dan məlumat verilib.

Bu sistemlərin istifadəsində əsas məqsəd qazma prosesində məhsuldar kəsilişlərin kollektorlarının məsamə və keçiriciliklərinin qorunmasına nail olmaq, bununla da mənimsəmə dövründə quyunun istismara qısa müddətdə təhvil verilməsini təmin etməkdən ibarətdir. Təklif olunan nanosistemlər qazma məhlulunun şərti, plastik, effektiv özlülüklərini, statik və dinamik sürüşmə gərginliklərini, su verimini tənzimləmək imkanlarını yaxşılaşdırır. Nəticədə qazma məhlulunun gil qabığının sürtünmə əmsalı 3,5 -15 dəfə azalır, bununla da qazma alətinin və kəmərinin quyu lüləsində səlis hərəkətinə imkan yaranır. Nanosistemin yaddaşa malik olma xassəsi ilk dəfə qazmada müəyyən olunub.

«Nanoyaddaş»ın əmələ gəlmə mexanizmi nanotəsirdən sonra yaranan effekt ilə izah edilir və sistem özünü tənzimləmə prinsipi əsasında idarə olunur.

Qeyd edək ki, işlənilən sistemlər «Qum adası» yatağındakı 472, «Bibiheybətneft» NQÇİ-nin ərazisindəki 3743, «Balaxanı» sahəsindəki 4002, 4010 və «Bəyimdağ-Təkçay» sahəsindəki 31 nömrəli istismar və kəşfiyyat quyularında tətbiq edilib. Nəticədə kimyəvi reagentlərin sərfinin azaldılması, eyni zamanda mexaniki qazma sürətinin artırılması hesabına iqtisadi səmərə əldə olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR