Bank Of Baku

“SOCAR Georgia Gas” və Gürcüstan Bankı arasında memorandum imzalanıb

“SOCAR Georgia Gas” və Gürcüstan Bankı arasında memorandum imzalanıb
# 16 mart 2010 11:44 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə - APA. Bu gün Tiflisin “Kortiot Mariott” mehmanxanasında “SOCAR Georgia Gas” şirkəti ilə Gürcüstan Bankı arasında qaz çəkmək üçün abonentlərə kredit ayrılması barədə memorandum imzalanıb.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, imzalanma mərasimində Gürcüstanın energetika naziri Aleksandr Xetaquri, Gürcüstan Bankının baş direktoru İrakli Gilauri, ARDNŞ-nin Gürcüstan nümayəndəliyinin rəhbəri Mahir Məmmədov, “SOCAR Georgia Gas”ın direktoru Anar Məmmədov iştirak ediblər.

ARDNŞ-nin Gürcüstan nümayəndəliyinin rəhbəri Mahir Məmmədov APA-ya açıqlamasında bildirib ki, Gürcüstan Bankı ilə çoxillik etibarlı tərəfdaşlıq münasibətləri mövcuddur: “Bunun nəticəsidir ki, biz qaz istifadəçiləri üçün bu bankdan qaz çəkilməsində sərf olunan məbləğdən asılı olaraq 10%-ni əvvəlcədən ödəməklə maliyyə vəsaiti ayrılması məsələsini həll etdik. Memorandumda qeyd olunur ki, hər bir abonentin Gürcüstan Bankından 500 lariyədək kredit almaq imkanı olacaq. Bilirik ki, əhalinin qaz çəkmək üçün imkanı çox azdır. Ona görə də kredit iki il müddətinə verilir. Hesablanıb ki, əgər abonent bankdan 500 lari məbləğində kredit alıbsa, onda 24 ay ərsində hər ay 23 lari ödəniləcək. Abonentlərin sayı proqram çərçivəsində 150 minə çatmalıdır. Soydaşlarımızın kompakt yaşadığı bölgələrdə vəziyyət getdikcə yaxşılığa doğru dəyişəcək. Harada qaz yoxdursa, oraya qaz çəkəcəyik. İki ildən sonra azərbaycanlılar yaşayan bölgələrdə qaz problemi olmayacaq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR